ASCO ötən il təmir olunan gəmilərin sayını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO ötən il təmir olunan gəmilərin sayını açıqladı

Qafar Ağayev11:02 - 11 / 01 / 2023
ASCO ötən il təmir olunan gəmilərin sayını açıqladı

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ümumilikdə 33 müxtəlif tipli gəmi təmir olunub.

ASCO-dan 1news.az-a verilən məlumata görə, gəmilərdən 13-ü əsaslı, 12-si tərsanə, 8-i cari təmir edilib. Bunlardan 26-sı ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 5-i Xəzər Dəniz Neft Donanmasına, 2-si isə kənar təşkilatlara aid olub.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

Qeyd edək ki, ZGTTZ geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Zavodun əsas fəaliyyət istiqaməti gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında gəmilər üçün müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.

Bundan başqa, 2017-ci ildən Zavod müvafiq sertifikatlaşmadan keçməklə kiçik su tutumlu gəmilərin tikintisini də həyata keçirir.

Paylaş:
241

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər