FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTO

Qafar Ağayev17:09 - 12 / 01 / 2023
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” söndürülüb, deformasiyaya uğramış avtomobildən “zərərçəkmişlər” xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

Paylaş:
386

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər