Dənizkənarı Milli Parkda dənizdə batan şəxs xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizkənarı Milli Parkda dənizdə batan şəxs xilas edilib - VİDEO

09:05 - 12 / 01 / 2023
Dənizkənarı Milli Parkda dənizdə batan şəxs xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1992-ci il təvəllüdlü Cəfərov Sədi Sahib oğlu dalğıclar tərəfindən xilas edilib.

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər