Qohumunun evindən 15 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Qobustanda evdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Qobustan rayonunun Təklə kəndindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin qohumu Burcalı Hacıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
206