Xaçmazda ağac avtomobilin üstünə aşıb, sürücü xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda ağac avtomobilin üstünə aşıb, sürücü xəsarət alıb

15:45 - 13 / 01 / 2023
Xaçmazda ağac avtomobilin üstünə aşıb, sürücü xəsarət alıb

Xaçmaz rayonunda ağacın avtomobilin üzərinə düşməsi nəticəsində sürücü xəsarət alıb.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ağtala kəndində baş verib.

Belə ki, Nərəcan-Uzunoba avtomobil yolunda hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin üzərinə ağac aşıb.

Hadisə zamanı sürücü 1992-ci il təvəllüdlü Allahverdiyev Vüsal Cəlaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
245

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər