Elşad Hacıyevin rütbəsi artırıldı
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.
1news.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, E.Hacıyevə polis polkovnik-leytenantı rütbəsi verilib.
E.Hacıyev bununla bağlı öz "Facebook" hesabında yazıb:
"Fəaliyyətimi polis polkovnik-leytenantı rütbəsində davam etdirəcəyəm. Göstərilən etimada görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam" - deyə, o qeyd edib.
249