ETSN: Gələn həftə havanın temperaturu yüksələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN: Gələn həftə havanın temperaturu yüksələcək

16:12 - 14 / 01 / 2023
ETSN: Gələn həftə havanın temperaturu yüksələcək

Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər