Bakıda qatar avtomobillə toqquşub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qatar avtomobillə toqquşub, xəsarət alan var

09:05 - 16 / 01 / 2023
Bakıda qatar avtomobillə toqquşub, xəsarət alan var

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.

1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Paylaş:
362

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər