“Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda konfrans keçirilib

Qafar Ağayev14:55 - 17 / 01 / 2023
“Azərbaycan kulinariyasının təbliğat perspektivləri” mövzusunda konfrans keçirilib

Azərbaycan mətbəxinin təbliğatı istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, eləcə də qastroturizmin inkişafı ilə bağlı məsələlər yanvarın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" mövzusunda keçirilən konfransda müzakirə edilib.

1news.az xəbər verir ki, tədbirdə çıxış edən DTA sədri Fuad Nağıyev qastroturizmin inkişafının turizmin vacib istiqamətlərindən biri hesab olunduğunu və son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği istiqamətində çoxistiqamətli işlərin həyata keçirildiyini qeyd edib. O bildirib ki, qastronomiya turizminin inkişafı yalnız Azərbaycanın milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir. Fuad Nağıyev zəngin kulinariya ənənələrimizin dünyaya çatdırılması, bu istiqamətdə təbliğat işinin gücləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler DTA və “Worldchefs” arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin, beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komandanın yaradılması, Azərbaycan milli mətbəx nümunələrinin tədqiqatı, Slou Fud səyahət marşrutu timsalında müxtəlif tematikalı turizm məhsullarının tərtibatı, xarici ölkələrdə qastronomiya xidməti göstərən destinasiya stendlərinin qurulması barəsində ətraflı məlumat verilib.

Qeyd edək ki, Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycana səfər edib. Səfərin məqsədi qlobal mətbəxlərin kulinariya standartlarının təkmilləşdirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı gücləndirmək, ölkəmizdə qastroturizmin inkişafı ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.

Səfər çərçivəsində Fuad Nağıyevlə Tomas Quqler arasında keçirilən görüşdə mövcud əməkdaşlıq imkanları, Azərbaycanın yeni qastronomiya strategiyası və planlaşdırılan işlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycana səfəri çərçivəsində Tomas Quqlerin Şuşaya ziyarəti, şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə yanaşı, biomüxtəliflik baxımından zənginliyi və özünəməxsusluğu ilə seçilən Qarabağ mətbəxinin inciləri ilə tanışlığı da planlaşdırılır.

Paylaş:
509

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər