Azad olunan ərazilərimizdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər hansı mərhələdədir? - Agentlik sədri açıqladı

“Şərqi-Zəngəzur və Qarabağ iqtisadi rayonları 30 ilə yaxın işğal altında olduğu üçün ehtiyatları dəyərləndirmək mümkün olmayıb”.
1news.az xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, torpaqlarımız azad olunandan sonra həmin ərazilərdə mineral xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə işlər aparılıb, artıq qiymətləndirmə işləri başa çatmaqdadır".
"Bizim məqsədimiz işğal dövründə ölkəmizə dəymiş zərərin miqyasının müəyyən edilməsidir. Həmin zərər müvafiq qurumlara təqdim edilməklə, gələcəkdə bəlli hüquqi təzminat davasının açılmasına xidmət edəcək".
379