Sədr müavini : Agentlik tərəfindən 97 qum-çınqıl müəssisəsinin fəaliyyəti ləğv edilib
“Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyəti dövründə İmişli, Quba, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Lənkəran rayonları ərazisindən keçən çay yataqlarında 97 qum-çınqıl müəssisənin fəaliyyəti ləğv edilib” .
1news.az məlumatına görə, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə heyətinin sədr müavini Elçin Məcidov brifinqdə deyib.
“Ölkə ərazisində ümumilikdə 134 qum-çınqıl yatağı mövcuddur. Əsasən şimal bölgəsində-Quba, Qusar, Xaçmaz, həmçinin İmişli, Lənkəran, Tərtər rayonunun ərazisində yerləşir.
Ümumilikdə respublika üzdə 51 qum-çınqıl yatağında 128 istismarçının icazə sənədi qüvvədədir. Bunlardan 46-na Agentlik tərəfindən 2021-2022 ci illərdə hərrac vasitəsilə icazə sənədi verilib. Hərracda qalib olanlardan 10-u Quba və Qusar rayonları üzrə istismar işləri aparır”.