Masazırda yeni doğulan körpə küçəyə atılıb - “Çıxışa doğru”da MÜZAKİRƏ

Abşeronda yeni doğulan körpə küçəyə atılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, hadisə Masazır qəsəbəsində baş verib. Bildirilir ki, valideyni tərəfindən küçəyə atılan körpə ölüb.
Baş Prokurorluqdan verilən məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Masazırda yeni doğulan körpə küçəyə atılıb" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Zamir Paşayev - Azərbaycan Respublikasi Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru, Rahil Süleymanzadə - Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi, İlhamə Mustafayeva - sosial psixoloq, Ayaz Hüseynov - pasient təşkilatları ittifaqının sədri və İradə Əlili - Peşəyönümlü Təhsilin İnkişafına Yardım ictimai birliyinin sədri, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: