Təqaüd və sosial müavinətlər artırıldı - “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Təqaüd və sosial müavinətlər artırıldı - “Çıxışa doğru”da MÜZAKİRƏ

00:00 - 18 / 01 / 2023
Təqaüd və sosial müavinətlər artırıldı - “Çıxışa doğru”da MÜZAKİRƏ

Bütün sosial müavinətlər və təqaüdlərin məbləği artırılıb. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, yaşa görə müavinət 180 manatdan 220 manata qaldırılıb. Müharibə və ya 20 Yanvar hadisələri ilə əlaqədar orqanizmin funksiyalarının 8-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilən şəxslərə 500 manat, 61-80 faiz pozulmasına görə 400, 31-60 faiz pozulmasına görə 330 manat prezident təqaüdü təyin edilib. 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olanların ailələri və şəhid ailələri üçün nəzərdə tutulan təqaüd isə 100 manat artırılaraq 600-ə çatdırılıb. Böyük Vətən müharibəsi iştirakçıları isə 330 manat təqaüd alacaq.

Əlilliyə görə sosial müvainətlər də artırılıb. Belə ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilən şəxslərə 270 manat, 61-80 faiz pozulmasına görə 220, 31-60 faiz pozulmasına görə isə 150 manat sosial müavinət veriləcək. 18 yaşınadək əlilliyi müəyyən edilən şəxslərə qulluq edənlərin müavinətləri isə 80-dən 100 manata çatdırılıb...

1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Təqaüd və sosial müavinətlər artırıldı" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Nicat Məmmədli - Elm və Təhsil nazirinin müşaviri, Zəka Mirzəyev - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə heyətinin sədr müavini, Şahin Sadiqli - Xüsusi Təyinatlı Qüvvələrin giziri şəhid İbrahim Sadiqlinin atası, Cəlil Xəlilov - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, İlqar Orucov - Elm və Təhsil Nazirliyi yanında ictimai şuranın üzvü, fəlsəfə doktoru və Mirtağı Rəhimov - ehtiyatda olan kapitan, mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
380

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər