Sabunçuda yük maşınlarının akkumlyatorlarını oğurlayan şəxslər tutulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda yük maşınlarının akkumlyatorlarını oğurlayan şəxslər tutulub - FOTO

Qafar Ağayev12:02 - 18 / 01 / 2023
Sabunçuda yük maşınlarının akkumlyatorlarını oğurlayan şəxslər tutulub - FOTO

Sabunçu rayonunda yük avtomobillərindən oğurluq edən şəxslər saxlanılıblar.

DİN-dən 1news.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev tutulublar. Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub. Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Paylaş:
301

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər