Xalq Bank 2022-ci ilin yekunlarını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq Bank 2022-ci ilin yekunlarını açıqladı

13:49 - 19 / 01 / 2023
Xalq Bank 2022-ci ilin yekunlarını açıqladı

ASC “Xalq” Bankı 2022-ci il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe nümayiş etdirərək illik fəaliyyətini uğurla tamamlamışdır.

Belə ki, ilin sonuna Xalq Bankın aktivlərinin həcmi 2021-ci ilin sonu ilə müqayisədə 14.78% artaraq 2 685,07 mln manat, müştərilərə verilən kredit portfelinin həcmi 25.03% artaraq 1 774,25 mln manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 20.22% artaraq 1 855,26 mln manat, cəmi kapitalı 5,80% artaraq 475,21 mln manata çatdırılmışdır. İlin sonuna Bankın xalis mənfəəti 27,22 mln manat təşkil etmişdir. Beləliklə, aktivlərinin və kredit portfelinin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır.

2022-ci il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin genişləndirilməsi, kredit məhsullarının əlçatanlığının təmin edilməsi, nağdsız əməliyyatların həcminin artırılması və rəqəmsallaşma kimi istiqamətlərə xüsusi diqqət ayrılmışdır. 2022-ci ildə Bank yeni loyallıq proqramları əsasında XalqKart Petrol və Cashback məhsullarını təqdim etmiş, bununla yanaşı, sürətli və təmassız ödəniş üsulları olan Apple Pay və Google Pay xidmətlərini aktiv etmişdir.

2022-ci ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırmış, reytinq üzrə proqnozunu “Stabil” olaraq qiymətləndirmişdir. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırmışdır.

Bankın həyata keçirdiyi “Xalq Əmanəti” mədəni-sosial layihəsi çərçivəsində 2022-ci ildə Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun “Azərbaycan xalçası” bədii albomu geniş ictimaiyyətə təqdim olunmuşdur.

Ötən il fəaliyyətə başlamasının 18 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Xalq Bank 2022-ci il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar işçi heyəti, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur.

Reklam hüququnda

Paylaş:
225

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər