FHN Akademiyasında 20 Yanvarla bağlı anım mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Akademiyasında 20 Yanvarla bağlı anım mərasimi keçirilib - FOTO

15:08 - 19 / 01 / 2023
FHN Akademiyasında 20 Yanvarla bağlı anım mərasimi keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı “Heydər Əliyevin 20 yanvar faciəsi ilə əlaqədar qətiyyətli addımları” mövzusunda anım mərasimi keçirilib.

FHN-dən 1news.az-a verilən məlumata görə, tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, Milli Məclisin deputatı Arzu Nağıyev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev, ali təhsil ocağının professor-müəllim heyəti və kursantlar iştirak edib.

Əvvəlcə, mərasim iştirakçıları faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Akademiyanın rəisi general-mayor Baba Salayev giriş sözü ilə çıxış edərək bildirib ki, 20 Yanvar hadisələrinin baş verməsindən 33 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acıları bu gün də xalqımızın qəlbində, yaddaşında yaşayır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ güc strukturlarına məxsus silahlı birləşmələr Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, ağır texnikadan və müxtəlif tipli silahlardan istifadə edilərək kütləvi qırğınlar törədilib. Sovet rəhbərliyinin hüquqa zidd cinayətkar əməllərinə etiraz edən ulu öndər Heydər Əliyev 21 yanvar 1990-cı ildə repressiv sovet rejiminin sərt qadağalarına baxmayaraq, öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ifşa edib.

Sözünə davam edən Akademiyanın rəisi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün Azərbaycanda effektiv sosial müdafiə sisteminin formalaşdığını və həmin kateqoriyadan olan şəxslərin bu gün də dövlətin yüksək diqqəti və qayğısı ilə əhatə olunduqlarını bildirib. O, Şəhidlər xiyabanında təmir və yenidənqurma işlərinin aparılması, paytaxtın bir sıra yerlərində və rayonlarımızda Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə komplekslərininin ucaldılmasını bu böyük ehtiramın bariz göstəricisi kimi qiymətləndirib.

Mərasimdə çıxış edən Milli Məclisin deputatı Arzu Nağıyev və FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev 20 Yanvar hadisələrinin tariximizdəki rolundan danışıb və qeyd ediblər ki, məhz Ümummilli Liderin təşəbbüsü ilə 29 mart 1994-cü ildə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edib. Həmin dövrün mürəkkəbliyinə baxmayaraq, Ulu Öndər 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində gərgin fəaliyyət göstərib və nəticədə bir çox həqiqətlər üzə çıxıb.

Anım mərasiminin sonunda 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

Paylaş:
370

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər