“Azəraeronaviqasiya” dünyanın aeronaviqasiya xidməti üzrə top-5 təchizatçı sırasına daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəraeronaviqasiya” dünyanın aeronaviqasiya xidməti üzrə top-5 təchizatçı sırasına daxil olub

Qafar Ağayev15:40 - 19 / 01 / 2023
“Azəraeronaviqasiya” dünyanın aeronaviqasiya xidməti üzrə top-5 təchizatçı sırasına daxil olub

AZAL QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) CANSO təşkilatının "Global Safety Achievement Award 2022" nominasiyasında (2022-ci ildə uçuşların təhlükəsizliyi sahəsində qlobal nailiyyətlərinə görə) aeronaviqasiya xidməti üzrə dünyanın etibarlı təchizatçılarından biri kimi təsdiq edilmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, CANSO – Beynəlxalq Aeronaviqasiya Təminatı Təchizatçıları Təşkilatıdır (Civil Air Navigation Services Organization). Azərbaycan 2005-ci ildən etibarən CANSO-nun üzvüdür.

CANSO-nun bu nominasiyasında ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA), “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS), Argentinanın EANA S.E, Taylandın AEROTHAI və Yeni Zelandiyanın “Aeropath Ltd” aeronaviqasiya xidmətləri top-5 aeronaviqasiya xidməti təchizatçıları kimi seçilib.

“Böyük qürur hissi ilə qeyd edə bilərəm ki, hava hərəkətinin təşkilinin təhlükəsizliyi eyni dərəcədə peşəkar və nəticəyönümlü olmaqda davam edir”, - deyə CANSO-nun Uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə daimi komitəsinin sədri Osman Saafan bildirib.

2022-ci ildə milli, regional və qlobal səviyyədə uçuşların təhlükəsizliyinin təmin edilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə AZANS-ın fəaliyyəti beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilmişdir.

“Azəraeronaviqasiya” HHİ regionda baş verən hadisə ilə bağlı Avropa daşıyıcıları üçün təhlükəsiz və etibarlı hava dəhlizinin səmərəli təşkilinin təmin edilməsində mühüm rol oynamışdır.

Azərbaycanın hava məkanı yüksək səviyyəli aeronaviqasiya xidmətinin göstərilməsinə və Avropa və Asiya regionlarını birləşdirən əsas hava dəhlizlərinin burda kəsişməsinə görə xarici aviaşirkətləri getdikcə daha da cəlb edir. AZANS tərəfindən vaxtında görülən tədbirlər sayəsində Avropadan Asiyaya uçuşlar həyata keçirən aviaşirkətlər qısa müddət ərzində alternativ marşrutlara və regiondakı böhran vəziyyətlərinə uyğunlaşa bilmişlər.

Qeyd edək ki, son illər Azərbaycanın hava məkanının tranzit ölkə kimi rolu artmışdır. Belə ki, ərazi üzərində hava məkanında tranzit daşımalarının orta artım tempi 134,1% təşkil edərək, pik aylarda 260%-ə çatıb. Hazırda bir ay ərzində Azərbaycanın hava məkanında təxminən 12 min tranzit uçuş həyata keçirilir. Azərbaycan ərazisindən keçən Orta Dəhlizin logistikasının inkişafı da son iki ildə yüksək beynəlxalq səviyyədə dəstəklənir.

Həmçinin qeyd edək ki, “Azəraeronaviqasiya” HHİ 2022-ci ildə Azərbaycanın hava məkanında və ya qonşu UMB-də qəza vəziyyəti yaşayan xarici aviaşirkətlərinin hava gəmilərinin təhlükəsizliyini və onların Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu qəza enişini təmin etmişdir.

Beləliklə, göyərtəsində texniki nasazlıqlar və ya regionda yerləşən hava limanlarında hava şəraitinin pisləşməsi ilə əlaqədar qəza siqnalı verən xarici aviaşirkətlərin iri sərnişin təyyarələri, o cümlədən dünyanın ən geniş “Airbus A380” sərnişin laynerləri təcili aeronaviqasiya xidməti və təhlükəsiz eniş ilə təmin edilmişdir.

AZANS hava marşrutlar şəbəkəsini inkişaf etdirərək və onların səmərəliliyini və ekoloji təhlükəsizliyini artıraraq Azərbaycanın Avropadan Asiyaya və geriyə hava daşımaları üçün birləşdirici qovşaq olması istiqamətində bütün səylərini göstərir.

Paylaş:
352

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər