DİN: 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

11:15 - 20 / 01 / 2023
DİN: 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,3 kiloqrama yaxın heroin, 9,6 kiloqrama yaxın marixuana, həmçinin 350 qrama yaxın metamfetamin olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
426

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər