Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

12:57 - 20 / 01 / 2023
Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində Qarabağda faydalı qazıntı yataqlarının istismarına etiraz əlaməti olaraq keçirilən etiraz aksiyası davam edir.

1news.az AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu gün ölkənin hər yerində olduğu kimi, Şuşada, aksiyanın təşkil olunduğu ərazidə və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin önündə də Bakı vaxtı ilə saat 12:00-da 20 Yanvar qurbanlarının xatirəsi ehtiramla yad olunub. Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsi anılıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Bu şanlı tariximizlə bağlı aksiyanın iştirakçısı olan bir neçə könüllünün fikirlərini şifahi öyrəndik. Onlar 20 Yanvarı Azərbaycanın tarixinə qanla yazılan xalqımızın qürur günü adlandırdılar. Bildirdilər ki, onlar bu günü unutmur, Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin adını qəlblərində daim yaşadaraq uca tuturlar.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması məqsədilə təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.

Paylaş:
304

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər