Əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq

16:10 - 21 / 01 / 2023
Əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq

“Azərbaycanda əcnəbi tələbələrin sayının 10 mindən çox olmasına çalışırıq”.

1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov bildirib.

“Universitetləri təşviq edirik ki, hər il əcnəbi tələbələrinin sayını artırsınlar. Son iki ilin nəticələrini müqayisə etsək, 20 faiz artım var. Növbəti illərin hər biri üçün 15-20 faiz artıma nail olmaq üçün universitetləri təşviq edəcəyik” – sektor müdiri qeyd edib.

Qeyd edək ki, Azərbaycan universitetlərində 2022-2023-cü tədris ilində 110 ölkədən 9000-ə yaxın xarici vətəndaş təhsil alır.

Paylaş:
482

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər