Şəkidə iki avtomobil toqquşub, biri çaya düşüb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə iki avtomobil toqquşub, biri çaya düşüb, xəsarət alan var

17:37 - 21 / 01 / 2023
Şəkidə iki avtomobil toqquşub, biri çaya düşüb, xəsarət alan var

Şəki şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Vüqar Məmmədovun idarə etdiyi “Wolskvagen Bora” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub.

Qəzadan sonra idarəetmədən çıxan “Wolskvagen” Qurucana çayına düşüb.

Nəticədə sürücü, 34 yaşlı V. Məmmədov müxtəlif dərəcəli xəsarətlərlə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
301

Son xəbərlər

Qızıl bahalaşıb

20 / 12 / 2025, 13:25
Bütün xəbərlər