Bəzi küçə və prospektdə bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi küçə və prospektdə bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb

10:48 - 21 / 01 / 2023
Bəzi küçə və prospektdə bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb

Bu gün saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən xəbərə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Paylaş:
202

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər