Bakıda mebel sexindən 6000 manatlıq oğurluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mebel sexindən 6000 manatlıq oğurluq edilib

12:19 - 21 / 01 / 2023
Bakıda mebel sexindən 6000 manatlıq oğurluq edilib

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən 6000 manat dəyərində təmir alətləri və elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən xəbərə görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini Samir Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Paylaş:
264

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər