Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçiriləcək! | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçiriləcək!

Qafar Ağayev16:32 - 24 / 01 / 2023
Bakıda qızların STEM təhsilinə və gələcək fəaliyyətinə həsr olunmuş festival keçiriləcək!

QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar, saat 12:00-18:00-dək Bakı Dəniz Vağzalı (Nefçilər pr.62) nəzdində İncəsənət Mərkəzində “Qadınlar STEM”də adlı möhtəşəm Festival keçiriləcək!

1news.az xəbər verir ki, STEM-Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranmışdır. Siz əlbəttə ki, festival nə üçün “Qadınlar STEM-də” adlanır deyə soruşacaqsınız, axı bu sahədə həm kişi, həm də qadın mütəxəssisləri çalışır? Əlbəttə, bəli! Festivalın qapıları hər kəs üçün açıqdır. Lakin, nəzərinizə çatdırmaq istərdik ki, qadınlar bu sahələrdə cəmi 30% təmsil olunurlar. Ona görə festival öz adı ilə bu suala diqqət çəkilməsi məqsədi daşıyır!

Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd olaraq qoymuşlar!

Festivaldan nə gözləyək?

· Çox maraqlı spikerlərin səmimi və möhtəşəm çıxışları.

Siyahı ilə burada tanış ola bilərsiniz:
http://bit.ly/3R6j0vV

· Xeyirli tanışlıqlar və işə düzəlmə imkanı, çünki festival çərçivəsində əmək yarmarkası keçiriləcək. Öz CV-nizi gətirin.

· Böyük uşaq meydançası, harada uşaqları qeyri-adi master-klasslar gözləyir, hansılara ki, digər vaxtlarda yüksək ödənişlərə və yer məhdudiyyətinə görə düşmək çox çətindir.

Tədbirdə rəsmi şəxslərin qeyri-rəsmi nitqlərini dinləmək və sizi maraqlandıran sualları vermək üçün möhtəşəm imkandır.

Bütün çıxışlar Azərbaycan dilindədir.

Tədbir hamı üçün açıqdır, giriş sərbəstdir, qeydiyyatdan keçin ki, izdihamda gözləməyəsiniz, ailənizlə, övladlarınızla və dostlarınızla gəlin! Çox maraqlı və səmərəli olacaq!

Festivalda iştirak etmək üçün qeyd edilən linklərdən keçməyiniz xahiş olunur:

Uşaq ərazisi üçün:
https://bit.ly/3QIanHL

Çıxış edənləri dinləmək üçün:
https://bit.ly/3XfCReh

Festivalda iştirak ödənişsizdir!

Bizim tərəfdaşlarımız olmasaydı belə bir tədbir mümkün olmazdı!

Tədbirin təşkil olunmasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Bakı Limanı, BP, SOCAR, SOCAR CAPE, Always, Developia-ya xüsusi təşəkkürümüzü bildiririk.

İlin ən maraqlı və faydalı tədbirlərinin birində görüşənə qədər!

Paylaş:
441

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər