Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri - “Çıxışa doğru”da MÜZAKİRƏ

Sosial şəbəkələrə maraq gündən-günə artır.
Artıq günümüzü sosial şəbəkələrsiz təsəvvür edə bilmirik. Virtual məkan genişləndikcə sosial şəbəkələrin də sayı artır. Bu şəbəkələrdən həm gənc, həm də yaşlı nəslin nümayəndələri istifadə edirlər. Onu da qeyd edək ki, həyatımızın ayrılmaz bir hissəsinə çevrilən sosial şəbəkələr vasitəsilə bir çox məsələlər həll edilir. Kimisi adi bir paylaşım ilə məşhur olur, kimisi öz problemlərini həll edir və s. bu kimi hadisələr baş verir. Eyni zamanda, bunlardan sui-istifadə edənlərin də sayı az deyil. İctimai rəyə təsir etmək gücündə olan sosial şəbəkələrdən, həmçinin müxtəlif məqsədlər, xüsusilə də siyasi, sosial və iqtisadi təxribatların törədilməsi üçün də istifadə edirlər.
Sosial şəbəkələrin əsas funksiyası nə olmalıdır? Ondan necə və hansı məqsədlər üçün istifadə edilməlidir?
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Sosial şəbəkələrin mənfi və müsbət tərəfləri " mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Nurlan Əliyev - Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, Ramin Həbibzadə - Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, Tural İsmayılov - Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri, Hacıbəy Heydərli - Mətbuat Şurasının Sosial Media istifadəçiləri ilə əlaqələr Komissiyasının sədri, Vaqif Hüseynov - “YouthMap” Xaricdə Təhsil layihəsinin rəhbəri və Arslan Mikayılov - Vəkillər Kollegiyasının üzvü, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

