Maşınını Rəşid Behbudov küçəsində yolun ortasında saxlayıb gedən sürücü benzini bəhanə etdi - FOTO
Bu gün saat 10.10 radələrindən 11.00-dək Rəşid Behbudov küçəsi, Mərkəzi Bankın qarşısında tıxac və sıxlıq yaranıb.
1news.az Avtosfer.az-ə, bununla bağlı DİN Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də xəbər yayıb. Bildirilib ki, nasaz avtonəqliyyat vasitəsinin dayanması bu istiqamətdə sıxlığa səbəb olub.
Əldə etdiyimiz məlumata görə, “Daewoo” markalı, 99-AX-884 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü maşını yolun ortasına ataraq yoxa çıxıbmış. Buna səbəb isə maşının yanacağının bitməsi olub. Təxminən bir saat sonra əlində benzinlə maşına yaxınlaşan sürücü avtomobilin yol polisi tərəfindən evakuasiya olunduğunu gördükdə hay-küy salmağa başlayıb: "Yanacaq bitmişdi, nə etməliydim?".
Yol polisləri ona izah ediblər ki, yanacaq bitdikdə və ya digər texniki nasazlıq yarandıqda maşını yolun ortasında atıb getmək olmaz. Digərlərindən kömək istəyərək nəqliyyat vasitəsini kənara çəkmək lazımdır.
Sürücü səhvini etiraf edib, polislərdən üzr istəyib.