Deputat: “Sağlamlıq arayışının rüsumu kasıb ailə üçün bir kisə un deməkdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: “Sağlamlıq arayışının rüsumu kasıb ailə üçün bir kisə un deməkdir”

Qafar Ağayev13:20 - 25 / 01 / 2023
Deputat: “Sağlamlıq arayışının rüsumu kasıb ailə üçün bir kisə un deməkdir”

“Bu gün biz həqiqətən ölkədə həyata keçirilən səhiyyə islahatlarını görürük”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, yaxşı olardı ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Nazirlər Kabinetinə hesabat verdiyi kimi, Milli Məclisin Səhiyyə komitəsinə də hesabat versin: “Belə olan halda biz prioritetləri seçə bilək. Onsuz da hesabat hazırlayırlar, həmin hesabatın surəti bizim komitəyə göndərilsin”.

Məlahət İbrahimqızı qeyd edib ki, 2022-ci ildə 2021-ci ilə nəzərən dializə gedən xəstələrin sayı 13% artıb: “Araşdırılmalıdır ki, bu, niyə belə olub. Digər tərəfdən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq. Eyni zamanda təklif edirəm ki, komitədə psixoloji xidmətlə bağlı dinləmə keçirək”.

Komitə sədri Əhliman Əmiraslanov Məlahət İbrahimqızının təklifini dəstəkləyib: "Bu qurumların hesabatları onsuz da hazırlanır. Bunu bizə də təqdim etmələri üçün həmin qurumlarla danışıqlar apara bilərik".

Paylaş:
117

Son xəbərlər

Daha bir marşrut xətti “BakuBus”a verildiBu gün, 17:56Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki Baş konsuluna başsağlığı veribBu gün, 17:46Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilibBu gün, 17:32Türkiyə səfiri Azərbaycana təşəkkür etdiBu gün, 17:24Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalına dövlət nəzarəti gücləndiriləcək - SƏRƏNCAMBu gün, 17:22Vardanyan Qarabağdan Moskvaya qaçıbBu gün, 17:10Türkiyəli millət vəkili zəlzələdə həlak olubBu gün, 16:52Zelenski ilə Ərdoğan arasında telefon danışığı olubBu gün, 16:47İran Prezidenti Ərdoğana zəng edibBu gün, 16:47Xarici sularda üzən dənizçilərimiz Türkiyəyə dəstək nümayiş etdiriblər - FOTOBu gün, 16:42Xocalıda yük maşını su kanalına aşıbBu gün, 16:31Azərbaycan səfirliyinin bir qrup əməkdaşı Türkiyədə zəlzələ bölgəsinə ezam olunubBu gün, 16:27Prezident AHİK-in 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:25Azərbaycan XİN: İlk mərhələdə Türkiyədə təhsil alan tələbələr və təcili köməyə ehtiyacı olan şəxslər təxliyə ediləcəkBu gün, 16:23Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınırBu gün, 16:22Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edilib - SƏRƏNCAMBu gün, 16:20“Hadisə yerində 5000-ə yaxın tibbi personal fəaliyyət göstərir”Bu gün, 16:12Bakı sakinləri Türkiyə Səfirliyinin qarşısında zəlzələ qurbanlarını anır - FOTOREPORTAJBu gün, 16:12Ərdoğan: “Qətər 10.000 konteyner göndərir”Bu gün, 16:05Türkiyədə fövqəladə vəziyyət elan edilibBu gün, 15:59
Bütün xəbərlər

Next TV