Yasamalda narkotik dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda narkotik dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb

16:22 - 25 / 01 / 2023
Yasamalda narkotik dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 10 nəfər saxlanılıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib. Aşkar edilən faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edilib ki, ilin əvvəlindən Yasamal Rayon Polis İdarəsinin və ərazi Polis Bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psoxotrop maddə çıxarılıb.

Paylaş:
119

Son xəbərlər

Daha bir marşrut xətti “BakuBus”a verildiBu gün, 17:56Müdafiə nazirinin müavini Türkiyənin Gəncə şəhərindəki Baş konsuluna başsağlığı veribBu gün, 17:46Milli Qəhrəman Mübariz İbrahimovun məzarı ziyarət edilibBu gün, 17:32Türkiyə səfiri Azərbaycana təşəkkür etdiBu gün, 17:24Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalına dövlət nəzarəti gücləndiriləcək - SƏRƏNCAMBu gün, 17:22Vardanyan Qarabağdan Moskvaya qaçıbBu gün, 17:10Türkiyəli millət vəkili zəlzələdə həlak olubBu gün, 16:52Zelenski ilə Ərdoğan arasında telefon danışığı olubBu gün, 16:47İran Prezidenti Ərdoğana zəng edibBu gün, 16:47Xarici sularda üzən dənizçilərimiz Türkiyəyə dəstək nümayiş etdiriblər - FOTOBu gün, 16:42Xocalıda yük maşını su kanalına aşıbBu gün, 16:31Azərbaycan səfirliyinin bir qrup əməkdaşı Türkiyədə zəlzələ bölgəsinə ezam olunubBu gün, 16:27Prezident AHİK-in 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:25Azərbaycan XİN: İlk mərhələdə Türkiyədə təhsil alan tələbələr və təcili köməyə ehtiyacı olan şəxslər təxliyə ediləcəkBu gün, 16:23Türkiyənin zəlzələ bölgəsindəki Azərbaycan vətəndaşları siyahıya alınırBu gün, 16:22Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları təltif edilib - SƏRƏNCAMBu gün, 16:20“Hadisə yerində 5000-ə yaxın tibbi personal fəaliyyət göstərir”Bu gün, 16:12Bakı sakinləri Türkiyə Səfirliyinin qarşısında zəlzələ qurbanlarını anır - FOTOREPORTAJBu gün, 16:12Ərdoğan: “Qətər 10.000 konteyner göndərir”Bu gün, 16:05Türkiyədə fövqəladə vəziyyət elan edilibBu gün, 15:59
Bütün xəbərlər

Next TV