Sürücülərin NƏZƏRİNƏ: Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin NƏZƏRİNƏ: Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb - FOTO

Qafar Ağayev17:08 - 25 / 01 / 2023
Sürücülərin NƏZƏRİNƏ: Füzuli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılıb - FOTO

Rahat gediş-gəlişin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu ərazisində Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissəsində təmir işləri icra olunur. Hazırda sözügedən hissəyə yeni asfalt-beton örtüyü döşənir.

Agentlikdən 1news.az-a bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissəsində hərəkət məhdudlaşdırılıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yol seçmələri xahiş olunur.

Xatırladaq ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək və Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsindək olan hissələrində qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilmişdir.

Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması qərara alınmışdır.

Paylaş:
252

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər