“Mədəni irsə yeni baxış” sərgisi və ya Azərbaycan xalçaçılıq sənətinin inkişafına daha bir töhfə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mədəni irsə yeni baxış” sərgisi və ya Azərbaycan xalçaçılıq sənətinin inkişafına daha bir töhfə - FOTO

10:34 - 25 / 01 / 2023
“Mədəni irsə yeni baxış” sərgisi və ya Azərbaycan xalçaçılıq sənətinin inkişafına daha bir töhfə - FOTO

“Azərxalça” ASC, “AFFFAIR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı, PAŞA Holding, “PAŞA Bank” və Kapital Bank-ın tərəfdaşlığı ilə yanvarın 24-də Milli Xalça Muzeyində “Mədəni irsə yeni baxış” adlı sərgi təşkil olunub.

1news.az xəbər verir ki, sərgidə “AFFFAIR” markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayılın Azərbaycan Milli Xalça Muzeyində saxlanılan qədim “Açma-yumma”, “Qarabağ”, “Naxçıvan”, bununla yanaşı Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajı Muzeyində saxlanılan “Pazırık” və Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbəkəli” xalçalarının elementlərindən ruhlanaraq hazırladığı kolleksiya nümayiş etdirilib. Kolleksiyaya daxil olan 5 xalça nümunəsinin hər birindən məhdud sayda, cəmi 25 ədəd istehsal olunub. Bu müasir xalça nümunələrinin hərəsindən bir ədəd isə mədəni irsin qorunması, müasirləşməsi və gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına hədiyyə edilib.

“Azərxalça” ASC və “AFFFAIR”-in birgə yaratdığı müasir xalça kolleksiyasının əsas ideyası Azərbaycan xalçasının sönməz sənət mənbəyi, ailə ocağının bəzəyi, interyerə xüsusi enerji verən nadir incəsənət nümunəsi olduğunu göstərməkdir. Qarabağ zəfərinə həsr olunan, Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub saxlanılıb. Xalça motivləri hər zaman yeni ideyaların, əsərlərin yaranmasına təkan verib. Azərbaycanda xalçaçılıq sənətinin inkişafına, eləcə də dünyada tanıdılmasına dəstək göstərən “Azərxalça” ASC bu istiqamətdə ölkəmizdə və xaricdə bir sıra layihələr, sərgilər təşkil edir, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti yeni layihələrdə hər zaman müxtəlif zövqləri oxşayır.

Sərgidə ictimai və siyası xadimlər, incəsənət nümayəndələri, xalçaçı sənətkarlar da iştirak edib.

Xatırladaq ki, dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ zəfərinə həsr olunan “Sumakh” geyim kolleksiyası Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanıb.

Paylaş:
359

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər