Xarici ölkələrdə klinik ordinatura təhsili alanların imtahanlarının ilk mərhələsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici ölkələrdə klinik ordinatura təhsili alanların imtahanlarının ilk mərhələsi keçirilib

Qafar Ağayev12:26 - 25 / 01 / 2023
Xarici ölkələrdə klinik ordinatura təhsili alanların imtahanlarının ilk mərhələsi keçirilib

2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb.

1news.az xəbər verir ki, həmin əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.
Qeyd olunan Əmrə və Qərara əsasən 07.12.2022-ci il tarixinədək Səhiyyə Nazirliyinin rəsmi internet saytının “Elektron Səhiyyə xidmətləri” bölməsində “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etmiş şəxslərin imtahanları mərhələli qaydada həyata keçirilməsinə başlanılıb.
İmtahanların ilk mərhələsi 23-24.01.2023-cü il tarixlərində baş tutub. İmtahan nəticələri barədə məlumat namizədlərə elektron kabinet vasitəsilə imtahanın keçirildiyi gün verilib.

Qeyd edək ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslər imtahanda diplomun etibarlılığı Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən təsdiq edildikdən sonra iştirak edə bilərlər. Komissiyanın Qərarı ilə imtahana buraxılan şəxslərə buraxılış vərəqəsi verilir. Buraxılış vərəqəsi imtahana ən geci 5 gün qalmış şəxsi kabinet vasitəsilə göndərilir. İmtahanın yeri və ixtisas üzrə keçirilmə tarixi barədə məlumatlar buraxılış vərəqəsində qeyd olunur.
İmtahanda iştirak etmək üçün 07.12.2022-ci il tarixinədək qeydiyyatdan keçmiş şəxslərin imtahanları davam etdirilir. İmtahanların birinci mərhələsinə cəlb edilməmiş şəxslər üçün keçiriləcək imtahanların tarixləri barədə əlavə Səhiyyə Nazirliyinin rəsmi internet saytında məlumat veriləcək.

Paylaş:
387

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər