Ötən il Azərbaycanda 97 veb-resursa haker hücumu olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il Azərbaycanda 97 veb-resursa haker hücumu olub

10:40 - 26 / 01 / 2023
Ötən il Azərbaycanda 97 veb-resursa haker hücumu olub

“CYBER ON” şirkəti tərəfindən aparılan monitorinqə əsasən 2022-ci il ərzində “.az” ölkə kodlu informasiya resurslarına qarşı çox saylı kiberhücumlar nəticəsində 97 veb-resursa haker müdaxiləsi halının reallaşdırıldığı müəyyən olunub.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən 1news.az-a verilən məlumata görə, kiberhücumlar həyata keçirilmiş veb-resursların analizi göstərir ki, onların 34%-də informasiya resursunun düzgün və təhlükəsiz kodlanmaması, 66%-də isə server sazlamalarının düzgün qurulmaması onları hackerlərin hədəfinə çevrilib. Analizlər, eyni zamanda bu veb-resursların 8%-nin təkrar-təkrar hücuma məruz qalmasına baxmayaraq çatışmazlıqlarını aradan qaldırmaq üçün lazımı tədbirləri görmədiyi faktını ortaya çıxarıb.

Kibermüdaxilə halları aşkarlanan veb-resursların ölkələr üzrə statistikasına nəzər saldıqda, onların 51%-nin ABŞ, 15%-nin İngiltərə, 11%-nin Azərbaycan, 8%-nin Almaniya, 7%-nin Rusiya, 7%-nin Estoniya, 1%-nin isə Litvada saxlanıldığı (Hosting) müəyyən olunub. Kiberhücumların 66%-nin serverlərin boşluğundan istifadə olunaraq həyata keçirilməsini nəzərə alaraq “CYBER ON” bir daha “shared hosting”istifadə edən şirkətləri diqqətli olmaları üçün xəbərdar edir və təhlükəsiz informasiya ehtiyatlarına sahib olmaq üçün proqramlaşdırma (Secure Coding), audit/pentest xidmətlərini təklif edir.

Paylaş:
299

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər