DTX Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

DTX Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı məlumat yaydı

Qafar Ağayev13:39 - 27 / 01 / 2023
DTX Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı məlumat yaydı

Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb.

1news.az-ın Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumatına görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib.

Hücumu edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq Səfirliyin mühafizə xidmətinin rəisi Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirməklə yanaşı, daha iki mühafizəçiyə xəsarət yetirmişdir. Bununla belə, Səfirliyin əməkdaşları cinayətkarı tərksilah etməklə onun cinayət əməllərini dayandırmışlar.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilmişdir.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Paylaş:
209

Son xəbərlər

RİNN-in saytında COP 29-la bağlı bölmə yaradılıb04 / 11 / 2024, 17:52İstanbulda “Səninləyik, Türkiyə” kitabının təqdimatı keçirilib04 / 11 / 2024, 17:50İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək04 / 11 / 2024, 17:47Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi04 / 11 / 2024, 17:31Rəşad Məcid: “Yeni telekanalda yüksək səviyyəli komanda formalaşdırılıb”04 / 11 / 2024, 17:23Maya Sandu 55,41 faiz səslə qalib gəlib04 / 11 / 2024, 17:14Kapital Bank-ın dollar istiqrazlarına maraq böyükdür04 / 11 / 2024, 17:12ASCO yaxın 3 ildə 65 köhnə gəmini donanmasından çıxaracaq04 / 11 / 2024, 17:10AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb04 / 11 / 2024, 16:52Bakıda restoranda yanğın olub04 / 11 / 2024, 16:45Mastercard və ABB dayanıqlılıq hakatonuna başlayır04 / 11 / 2024, 16:24COP29 üçün Azərbaycana gələnlərə viza pulsuz veriləcək - RƏSMİ04 / 11 / 2024, 16:22ADY ötən ilin rekordunu təzələyir - 6,9 milyondan çox sərnişin daşınıb04 / 11 / 2024, 16:09Leysan yağacaq, çaylardan sel keçəcək - Növbəti iki günlə bağlı XƏBƏRDARLIQ04 / 11 / 2024, 15:52Xəzərdə Azərbaycan-İran birgə təlimi keçirilib - FOTO04 / 11 / 2024, 15:42Hərbi prokuror hərbi qulluqçularla görüşüb04 / 11 / 2024, 15:36İrandan Azərbaycana 16 kq çox narkotikin keçirilməsinin qarşısı alınıb04 / 11 / 2024, 15:19Dönərin bişirildikdən sonra yararlılıq müddəti 12 saata qədər müəyyən edilib04 / 11 / 2024, 14:24YPX avtomobilləri də texniki baxışdan keçirildi - VİDEO04 / 11 / 2024, 14:10Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarıldı04 / 11 / 2024, 14:02
Bütün xəbərlər