İran polisi Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama yaydı - TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

İran polisi Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama yaydı - TƏFƏRRÜAT

Qafar Ağayev11:46 - 27 / 01 / 2023
İran polisi Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama yaydı - TƏFƏRRÜAT

Səfirliyə hücum edən şəxs iki azyaşlı uşaqla birlikdə olub

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Tehran polisinin rəisi Hüseyn Rəhimi bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

Bu gün səhər həmin şəxs odlu silahla Azərbaycan səfirliyinə hücum edib və odlu silahla atəş açmağa başlayıb. Bu hadisədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Tehran polisinin rəisi bildirib ki, dərhal polis əməliyyata başlayaraq hücum edən şəxsi saxlayıb və onun dindirilməsi davam edir.

İlkin dindirilməyə əsasən, hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə daxil olub. Atəş açan şəxs ailə problemləri və şəxsi məsələlərə görə hücum etdiyini bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Paylaş:
345

Son xəbərlər

Azərbaycanın qadın boksçusu ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib - FOTOBu gün, 12:07Ötən gün yol qəzalarında ölənlərin sayı açıqlanıbBu gün, 12:03Lökbatanda ticarət mərkəzindən oğurluq olubBu gün, 11:43Azərbaycanda meteorologiya sahəsində “Erkən Xəbərdarlıq Sistemi”nin təməli qoyulurBu gün, 11:40Xəzər rayonunda əl qumbarası aşkarlanıb - FOTOBu gün, 11:29Oqtay Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaqBu gün, 11:19Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib - FOTOBu gün, 10:49Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTOBu gün, 10:36Bakıda 4 otaqlı ev yanıbBu gün, 10:11Azərbaycanı təmsilçilərinin “Avroviziya 2023”də çıxış edəcəyi nömrə bəlli olubBu gün, 09:46Yardımlıdan Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs saxlanıldı - FOTOBu gün, 09:36Ağcabədi sakinindən “Kalaşnikov” silahı aşkarlanıb - FOTOBu gün, 09:18Laçın-Xankəndi yolunda keçirilən aksiyanın 102-ci günü - FOTOBu gün, 08:58Azərbaycanda 11 ayın sultanı - Ramazan ayı başlayıb - TƏQVİMBu gün, 00:21Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib - FOTO22 / 03 / 2023, 19:25Zelenski Baxmutda ukraynalı hərbçilərlə görüşüb22 / 03 / 2023, 17:50Son sutkada Azərbaycanda vaksin vurulmayıb22 / 03 / 2023, 17:15Azərbaycanda 209 aktiv koronavirus xəstəsi var - STATİSTİKA22 / 03 / 2023, 17:07BQXK-nın altı avtomobili Xankəndiyə geri dönüb22 / 03 / 2023, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilib22 / 03 / 2023, 16:24
Bütün xəbərlər

Next TV