Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

15:50 - 28 / 01 / 2023
Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

1news.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, bu müddət 2023-cü il martın 1-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət 2023-ci il yanvarın 1-nə kimi nəzərdə tutulmuşdu.

Paylaş:
987

Son xəbərlər

Bütün xəbərlər