Daşkəsəndə qanunsuz ov silahları müsadirə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkəsəndə qanunsuz ov silahları müsadirə edilib

16:29 - 28 / 01 / 2023
Daşkəsəndə qanunsuz ov silahları müsadirə edilib

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində rayon sakinləri Məzahir Məmmədov və Zaman Verdiyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Aşkar edilən müxtəlif marka və kalibrli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bununla da şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri tədbirlər ümumilikdə 8 ov silah və digər döyüş sursatları aşkarlanıb.

Paylaş:
541

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər