Nazirlik qanunsuz ağac kəsilmələri ilə bağlı faktları Baş Prokurorluğa göndərib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik qanunsuz ağac kəsilmələri ilə bağlı faktları Baş Prokurorluğa göndərib - FOTO

Qafar Ağayev13:23 - 30 / 01 / 2023
Nazirlik qanunsuz ağac kəsilmələri ilə bağlı faktları Baş Prokurorluğa göndərib - FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Füzuli, Ağsu, Lənkəran rayonlarında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov 1news.az-a bildirib ki, araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sumqayıt şəhəri, Polad Həşimov və Sülh küçələri, Füzuli rayonu, Qayıdış qəsəbəsi-2, Lənkəran rayonu, Təngivan kəndi və Ağsu rayonunun Kalva kənd Mədəniyyət evinin ərazisində ağacların kəsildiyi və təbiətə ümumilikdə 27270 manat məbləğində ziyan dəydiyi məlum olub.

“Faktlarla bağlı akt tərtib edilib və hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Paylaş:
326

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər