Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi ailəsinə təhvil verildi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi ailəsinə təhvil verildi - FOTO - VİDEO

08:46 - 30 / 01 / 2023
Səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsi ailəsinə təhvil verildi - FOTO - VİDEO

Ötən gün - yanvarın 29-da Azərbaycanın İrandakı Səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib.

1news.az-ın Trend-ə istinadən məlumata görə, hazırda şəhidin nəşi Heydər Əliyev Beynəlxalq Hava Limanında ailəsinə təhvil verilib və daha sonra Təzəpir məscidinə aparılıb.

O.Əsgərov sabah Bakıda İkinci Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Paylaş:
292

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər