FHN əməkdaşları ötən gün köməksiz vəziyyətdə qalan 6 nəfəri xilas edib - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN əməkdaşları ötən gün köməksiz vəziyyətdə qalan 6 nəfəri xilas edib - STATİSTİKA

Qafar Ağayev10:30 - 31 / 01 / 2023
FHN əməkdaşları ötən gün köməksiz vəziyyətdə qalan 6 nəfəri xilas edib - STATİSTİKA

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən 1news.az-a bildirilib ki,“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 10 nəfər, o cümlədən Sabirabad rayonunun Qalağayın kəndində “Mercedes” markalı minik avtomobili və “КамАЗ” markalı yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
263

Son xəbərlər

Bütün xəbərlər