“Diskotekanı ölkəyə mən gətirmişəm” - Niyaməddin Musayev | 1news.az | Xəbərlər
Şou-biznes

“Diskotekanı ölkəyə mən gətirmişəm” - Niyaməddin Musayev

14:52 - 01 / 02 / 2023
“Diskotekanı ölkəyə mən gətirmişəm” - Niyaməddin Musayev

“O zamanlar diskoteka anlayışı Azərbaycanda yox idi. “Udarnik” var, ona vururdular, amma musiqi düz gəlmirdi. “Dubts-dubts” ritmi almaq üçün həmin “udarnik”ə “poduşka” qoyur, min dənə iş görürdüm. Sadə ritmlər olmurdu. Diskotekanı, o ritmləri ölkəyə mən gətirmişəm. Yeniliklər var, amma o diskotekada da milli ruh olmalıdır. Milli ruh olmasa, o mahnı sevilməz, nə də onu başqa xalqlar qəbul edər. Necə şeirlərdə söz yığınağı var, musiqidə də eyni şey olacaq. Ona görə də alınmaz”.

1news.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Niyaməddin Musayev “Künc-bucaq” yutub layihəsində qonaq olarkən deyib.

“Aparıcılar hansı müğənnilərlə yaxınlıq edirlər, onları da tərifləyib, reklam edirlər. Həmin müğənnini böyüdüb, böyük sənət kimi qələmə verirlər. Baxırsan ki, qabiliyyəti də yoxdur. O aparıcılar mənim gətirdiyim janr haqda bir kəlmə də olsun danışmırlar. Elə bil içlərində paxıllıq, qısqanclıq var. Uğurlu insanam. Ulu öndər Heydər Əliyev tərəfindən qiymətləndirilmişəm. Özüm-özümə bu qiyməti verməmişəm. Onlar da bilməlidirlər ki, bu janrı yaradan Niyaməddin Musayevdir” deyə, o, aparıcılardan şikayətlənib.

N.Musayev həmkarlarının ifasını tənqid edərək musiqilərini düzgün oxumadıqlarını vurğulayıb:

“Nəğmələrimi oxuyan aranjimançılar özlərindən müştəbehdirlər. Musiqimə elə notlar əlavə edirlər ki, tamam yad olur. O musiqi ilə bu musiqi tamam uzlaşmır. Musiqidə gətirdiyim stili, janrı və nəfəsi xarab edir. Müğənnilərin əksəriyyəti musiqini düz oxumurlar”.

Paylaş:
1127

Son xəbərlər

Daha üç istiqamət üzrə avtobus biletlərinin onlayn satışına başlanılıb - FOTOBu gün, 10:25Azərbaycan neftinin qiyməti ucuzlaşdıBu gün, 10:24Sahibə Qafarova BMT-nin yüksək səviyyəli iclasında çıxış edib - VİDEOBu gün, 10:19Zavodda gözətçinin meyiti tapıldıBu gün, 10:14“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilibBu gün, 09:56Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur30 / 03 / 2023, 18:02Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb30 / 03 / 2023, 17:48
Bütün xəbərlər

Next TV