Qalib Azərbaycanın intellektual və güclü gəncliyi | 1news.az | Xəbərlər
Cəmiyyət

Qalib Azərbaycanın intellektual və güclü gəncliyi

17:19 - 01 / 02 / 2023
Qalib Azərbaycanın intellektual və güclü gəncliyi

Hər bir müstəqil dövlət üçün onun gənclərinin sağlam ruhlu və düşüncəli, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması önəmlidir.

Azərbaycan gənclərinin də fiziki və mənəvi inkişafı ölkəmizin daha parlaq gələcəyinin əsas təminatıdır.

Hazırda Azərbaycanda da uğurlu gənclər siyasəti həyata keçirilir. Bütün bunların əsasında ölkəmizdə aparılan uğurlu gənclər siyasəti dayanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət- gənclər siyasəti nəticəsində indi Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasətin prioritet istiqamətlərinə gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmini aiddir.

Azərbaycan gənclərinin bir şəxsiyyət, əsl azərbaycanlı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Bu xidmətlərdən bir neçəsini sadalamaq yerinə düşər.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.

İnkişafın əsas amilini gənclərin dövlət və cəmiyyətin bütün sahələrində iştirakında görən Heydər Əliyev bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Daha sonra gənclərin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider tərəfindən 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Dünya üzrə gənclər günü isə yalnız 3 il sonra-1999-cu ildə BMT-nin qərarı ilə elan edildi.

Gəncləri vətənpərvər, sağlam düşüncəli, savadlı görmək istəyən ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 1-də 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.

Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə bu gün gənclər siyasəti əsası qoyulmuş təməllərə söykənərək, eləcə də müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə aparılır. Bunun nəticəsində dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.

Dövlət başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin “Gənclər İli” elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir.

“2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı”, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə keçirilən Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, VI Beynəlxalq Elm Olimpiadası kimi önəmi tədbirlərin baş tutması gənclərə, xüsusilə, onların təhsil səviyyəsinin yüksəldilməsi yönündəki diqqətin nümunəsidir.

Ölkəmizdə gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq əsas hədəflərdən biridir. Respublikamızda intellektual hərəkatın inkişafı və gənclərin beynəlxalq intellektual hərəkata qoşulmasına şəraitin yaradılması üçün silsilə tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin bəyan etdiyi “Neft kapitalının insan kapitalına çevrilməsi” prinsipi istiqamətində görülən tədbirlərin ən böyük təsiri də məhz gənclərə oldu. Bu zaman gənclərin qarşıya qoyulan məqsədləri gerçəkləşdirməsi üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyacı yarandı. Bu addımlardan biri də könüllülük prinsipi oldu. Bu gün Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində həm də bir könüllüdür.

Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Buna misal olaraq, Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsi zamanı ön cəbhədə əlisilahlı, eyni zamanda arxa cəbhə sayılan informasiya mübarizəsində açıq üstünlüyünü və qalibiyyətini qeyd edə bilərik. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər. Deyə bilərik ki, Azərbaycan gəncliyinin idman həyatı hərtərəfli inkişaf edib və bu gün gənclərin idmana marağı heç vaxt olmadığı qədər güclüdür. Bunun nəticəsidir ki, hər il dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında gənclərin göstərdikləri nəticələr respublikamızın adını hər yanda ucaldır.

Öz növbəsində, gənclərimiz də dünyada ölkəmizi layiqincə təmsil edir, beynəlxalq tədbirlərdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Azərbaycanın gələcəyi, milli-mənəvi dəyərlərinin yaşadılması, mədəniyyətinin tanıdılması, elminin inkişafı və digər bütün müsbət dəyişiklikləri gənclərdən asılıdır. Bu məsuliyyətli və şərəfli vəzifədə bütün gənclərə uğur arzu edirəm. Gənclər Günümüz mübarək!

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

müstəqil araşdırmaçı jurnalist

Paylaş:
332

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər