Reabilitasiya mərkəzində müalicə alan gənc faciəvi şəkildə öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Reabilitasiya mərkəzində müalicə alan gənc faciəvi şəkildə öldü

14:31 - 02 / 02 / 2023
Reabilitasiya mərkəzində müalicə alan gənc faciəvi şəkildə öldü

Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə alan gənc ölüb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yanvarın 31-nə keçən gecə X.Məmmədov küçəsi 44 ünvanında yerləşən “Uğur yolu” – narkotik asılılığı olan şəxslərin reablitasiya mərkəzində müalicə alan 27 yaşlı R.F. özünü həyətdəki hovuza atıb. O, hovuzdan çıxarıldıqdan bir qədər sonra halı qəfil pisləşib. Xəstəxanaya aparılan şəxs orada vəfat edib.

Onun özünü hansı şəraitdə və nə məqsədlə hovuza atması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər