“Buta Airways” Rusiyanın məşhur kurortuna uçuşlar həyata keçirməyə başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

“Buta Airways” Rusiyanın məşhur kurortuna uçuşlar həyata keçirməyə başlayır

15:16 - 02 / 02 / 2023
“Buta Airways” Rusiyanın məşhur kurortuna uçuşlar həyata keçirməyə başlayır

AZAL QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.

“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur.

Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.

Paylaş:
295

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər