Azərbaycanda daha 35 nəfər COVID-19-a yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 35 nəfər COVID-19-a yoluxub

17:43 - 02 / 02 / 2023
Azərbaycanda daha 35 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 35 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 018 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 739 nəfər müalicə olunaraq sağalıb, 10 092 nəfər vəfat edib, aktiv xəstə sayı 187 nəfərdir.

Ölkədə son sutka ərzində 1 834, hazırkı dövrədək isə 7 491 233 test aparılıb.

Paylaş:
633

Son xəbərlər

Bütün xəbərlər