Ailədaxili münaqişələr, boşanmanın səbəbləri - “Çıxışa doğru”da MÜZAKİRƏ

Maddi-məişət problemləri ailənin yaşayış tərzi ilə bağlı meydana çıxan müxtəlif çətinlikləri özündə əks etdirir.
Yaşayış şəraitinin ağırlığı, tərəf müqabillərindən birinin ailə təsərrüfatını idarə etmək istəməməsi və ya bunu bacarmaması, maddi təminatın olmaması və digər müvafiq problemlər ailələrin dağılmasına səbəb olan mənfi amillərdən sayılır. Belə problemlərin davamlı xarakter alması ağır maddi-mənəvi sıxıntılar doğurur. Bu vəziyyət son nəticədə ailədə ciddi fikir ayrılığının və kəskin münaqişələrin yaranmasına , ailənin ciddi böhran yaşamasına səbəb olur. Bəziləri bu böhrandan çıxış yolu taparaq ailə həyatını məcrasına qaytarmağa nail olsalarda, digərləri-öz həyat yoldaşından ayrılmağı üstün tuturlar...
1news.az-ın məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Ailədaxili münaqişələr, boşanmanın səbəbləri" - bloger və jurnalistlərin birinci forumu" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Tural Süleymanov - Ədliyyə Nazirliyinin baş məsləhətçisi, Tural Hüseynzadə - AQUPDK-nin baş məsləhətçisi, Rauf Zeyni - İctimai Nəzarət Mərkəzinin sədri, Arslan Mikayilov - vəkillər kollegiyasinin üzvü və Gülşən Rüstəmova - klinik psixoloq, mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:


