Naxçıvanın sabiq prokurorunun həbs olunması həqiqətə uyğun deyil - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanın sabiq prokurorunun həbs olunması həqiqətə uyğun deyil - RƏSMİ

Qafar Ağayev11:57 - 02 / 02 / 2023
Naxçıvanın sabiq prokurorunun həbs olunması həqiqətə uyğun deyil - RƏSMİ

Bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

1news.az xəbər verir ki, bu məlumat Baş Prokurorluq tərəfindən təkzib olunub.

"Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır", - deyə prokurorluqdan bildirilib.

Paylaş:
242

Son xəbərlər

Bütün xəbərlər