DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

16:08 - 03 / 02 / 2023
DİM ümumtəhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların həmin təhsil müəssisələri tərəfindən “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və ilkin təsdiq edilməsi prosesi yekunlaşmaq üzrədir.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən xəbərə görə, ümumtəhsil məktəbləri tərəfindən tam orta təhsil səviyyəsi (XI sinif) üzrə sayı təqdim edilmiş 98777 nəfərdən 98603 (99.82%) nəfər şagird, ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə sayı təqdim edilmiş 145061 nəfərdən 144585 (99.67%) nəfər şagird, peşə təhsili müəssisələri tərəfindən tam orta təhsil səviyyəsi üzrə sayı təqdim edilmiş 2834 nəfərdən 2802 (99.87%) nəfər şagird barədə məlumatlar “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilib.

Buraxılış imtahanlarının keçirilməsinə az müddət qaldığını nəzərə alaraq məlumatları sistemə daxil edilməmiş şagirdlərin təhsil aldığı ümumtəhsil müəssisələri rəhbərlərinin və əlaqələndiricilərinin nəzərinə çatdırırıq ki, buraxılış sinif şagirdlərinin məlumatları sistemə vaxtında, düzgün və tam şəkildə daxil edilməlidir. Həmçinin həmin şagirdlərin valideynlərindən xahiş olunub ki, övladları üçün şəxsiyyəti təsdiq edən sənədi vaxtında əldə edərək məktəbə təqdim etsinlər.

Paylaş:
195

Son xəbərlər

BQXK-nın altı avtomobili Xankəndiyə geri dönübBu gün, 16:47İti avtomobilin arxasına bağlayaraq sürüyən şəxs məsuliyyətə cəlb edilibBu gün, 16:24Bakıda 3 otaqlı mənzildə yanğın olubBu gün, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşübBu gün, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEOBu gün, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdüBu gün, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındıBu gün, 13:39Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin 13-ə çatıbBu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:10Ermənistanın Müdafiə Nazirliyinin yalanı üzə çıxdı, “əsir götürülüb” deyilən hərbçi tapıldıBu gün, 12:38Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıbBu gün, 12:24Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”Bu gün, 12:00Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTOBu gün, 11:31Satıcı marketdən 10 min manatlıq oğurluq etdiBu gün, 11:07Xətai rayonunun İH-nin təşəbbüsü və təşkilatçılığı, McDonald’s və Blu Rezidens-in dəstəyi ilə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOBu gün, 11:00Ağcabədidə yol qəzası olub - ölən varBu gün, 10:51Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıbBu gün, 10:40Ötən gün ölkə ərazisində qeydə alınan 37 cinayətin üstü açılıbBu gün, 10:13Ötən gün ABŞ dövlət katibi İlham Əliyevə zəng edib - Tam mətnBu gün, 09:46Ucarda ot bağlamaları yanıbBu gün, 09:24
Bütün xəbərlər

Next TV