Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

16:58 - 03 / 02 / 2023
Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər