Bakıda qadına təcavüz etmək istəyən sürücü 150 manat cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadına təcavüz etmək istəyən sürücü 150 manat cərimələnib

17:59 - 04 / 02 / 2023
Bakıda qadına təcavüz etmək istəyən sürücü 150 manat cərimələnib

Bakıda qadına qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü saxlanılıb.

1news.az Qafqazinfoya istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Günay Muradova (ad-soyad şərtidir) polisə şikayətində bildirib ki, özünü Kənan adı ilə tanıdan taksi sürücüsü onu bəhanə ilə şəhərdən kənara aparıb və intim əlaqədə olmaq istəyib. Bu təklifləri qəbul etmədikdən sonra sürücü onu şəhərə qaytarmağa məcbur olub, daha sonra isə mobil telefon nömrəsinə təhqiramiz sözlər yazıb.

Şikayət əsasında taksi sürücüsü, 1995-ci il təvəllüdlü Kənan Ağayev saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ona 150 manat cərimə cəzası verilib.

Cəza təyin edilərkən qadın müştərinin şikayətini geri götürməsi nəzərə alınıb.

Paylaş:
263

Son xəbərlər

“Yaşıl şəhər” layihəsi üzrə Gəncədə görüləcək işlər müzakirə edilibBu gün, 09:56Avropada qazın qiyməti bahalaşdıBu gün, 09:49Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşübBu gün, 09:40Qızıl və gümüşün qiymətində dəyişikliklər olduBu gün, 09:40Təbii qaz ucuzlaşdıBu gün, 09:36Türkiyədə 4 nəfərin prezidentliyə namizədliyini təsdiqləndiBu gün, 09:35Neft cüzi ucuzlaşıbBu gün, 09:31Naqif Həmzəyev: “1905-1918-ci illərdə Azərbaycanlılara qarşı böyük soyqırım siyasəti həyata keçirildi”Bu gün, 09:30Bu günə olan valyuta məzənnələri açıqlandıBu gün, 09:23Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edirBu gün, 09:10Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötürBu gün, 09:00Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 08:55Tokio - Tel-Əviv təyyarəsi Bakı hava limanına təcili eniş edib30 / 03 / 2023, 23:22Azərbaycan MN: “İran tərəfinin ittihamları istehza və gülüş doğurur”30 / 03 / 2023, 21:48Türkiyə universitetlərində əyani tədris 3 apreldən bərpa olunur30 / 03 / 2023, 18:02Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edərək videolar paylaşan şəxs saxlanılıb30 / 03 / 2023, 17:48Ötən il və bu il 242 uşaq övladlığa verilib30 / 03 / 2023, 17:34Britaniya kəşfiyyatı yeni bölmə yaradacaq30 / 03 / 2023, 17:21Bred Pitt Coli ilə birgə yaşadığı villasını satdı30 / 03 / 2023, 16:57Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb30 / 03 / 2023, 16:41
Bütün xəbərlər

Next TV