Goranboyda qanunsuz ov tüfəngləri götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda qanunsuz ov tüfəngləri götürülüb

11:18 - 04 / 02 / 2023
Goranboyda qanunsuz ov tüfəngləri götürülüb

Goranboyda qanunsuz ov silahları müsadirə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Keçirilən müvafiq tədbirləri nəticəsində 10-a yaxın sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sakinləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb

Paylaş:
327

Son xəbərlər

ADY yeni qatarlar alacaq

12 / 05 / 2026, 15:34
Bütün xəbərlər